Press "Enter" to skip to content

Böyüklər üçün “Özünü kəşf et” mövzusunda ustad dərsləri

Özünü kəşf et

BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək böyüklər üçün “Özünü kəşf et” ustad dərslərinin iyul proqramını açıqlayıb.

Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “ustad dərsləri 5, 19 və 26 iyul tarixlərində “Mənim Bakım”, “Heykəltəraşlıq şəkli”, “Qadın portreti” mövzularında olacaq. Müseyib Əmirovun rəhbərlik etdiyi “Mənim Bakım” mövzusunda keçiriləcək dərsdə hər bir iştirakçı kətan üzərində akril boyalarla Bakının mənzərəsini yaratmaqla öz yaradıcılığını üzə çıxarmaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək. Müşfiq Heydərovun rəhbərliyi ilə olacaq “Heykəltəraşlıq şəkli” dərsində iştirakçılar heykəltəraşlıq sənəti üzrə ilk dəfə özlərini sınamaq təcrübəsi və bu sahədə bacarıqlarını dərinləşdirmək imkanı qazanacaq, plastilindən özünəməxsus insan obrazları yaradacaqlar. Hüseyn Haqverdiyevin rəhbərliyi ilə keçiriləcək dərsdə isə iştirakçılar kollaj texnikasından istifadə edərək rəngli kağızdan qadın portreti yaradacaqlar”.

Qeyd edək ki, dərslər saat 19:00-da başlayacaq.

Mission News Theme by Compete Themes.