Press "Enter" to skip to content

Benzinin qiymətində böyük artım

Son yeniləmə: 3 İyul 2023 10:20

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə dolların məzənnəsinin sürətlə artması yanacağın qiymətini də artırır. Çərşənbə axşamı günündən etibarən benzinin qiyməti qalxır.

Bu barədə Anadolu Gazetesi məlumat yayıb.

Bildirilib ki, dolların məzənnəsindəki ani və qeyri-müntəzəm artımlar səbəbindən bayramdan sonrakı ilk gündə benzinin qiymətinin artacağı gözlənilir: “Sənaye mənbələrindən verilən məlumata görə, iyulun 2-dən etibarən benzinin qiyməti bir litrinin qiyməti 2 lirə 11 kuruş artacaq. Dizeldə isə qiymət dəyişikliyi olmayacaq”.
Məlumata görə, bahalaşmadan sonra bir litr benzinin qiyməti Eskişehirdə təqribən 26,63 TL, İstanbulda 26,19 TL, Ankarada 26,64 TL, İzmirdə 26,67 TL-ə yüksələcək.

Mission News Theme by Compete Themes.