Press "Enter" to skip to content

Azərbaycan universitetləri dərin kökləri olan təhsil ocaqlarıdır

Prof. Dr Fuat Erdal (sağda) və Nadir Azəri

Son yeniləmə: 3 İyul 2023 10:56

Prof. Dr. Fuat Erdal: İki qadaş ölkə universitetlərinin bir-birindən öyrənəcəyi çox şeylər var

BAYRAQDAR MEDİA – “Bizə, universitetimizə diqqətiniz üçün təşəkkür edir və arzu edirik ki, hər zaman bu diqqətiniz davam etsin. Biz azərbaycanlı qardaşlarımızla təhsilin bütün mərhələ və istiqamətləri üzrə əməkdaşlıq etmək istəyirik”.

Bunu Türkiyənin Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal dedi. Onun BAYRAQDAR MEDİA üçün özəl müsahibəsini tezliklə oxuculara təqdim edəcəyik.

Rektor bildirib ki, araşdırma sahəsində də Azərbaycan universitetləri il əməkdaşlığı genişləndirmək istəyirlər: “Azərbaycan universitetləri də dərin kökləri olan təhsil ocaqlarıdır. İki qadaş ölkə universitetlərinin bir-birindən öyrənəcəyi çox şeylər var. Ona görə də mən də sizdən bir media təmsilçisi olaraq bu sahədə fəaliyyətləri cəmiyyətə çatdırmaqda bizlərə yardımçı olmağı gözləyirəm”.

Mission News Theme by Compete Themes.