Press "Enter" to skip to content

Avropanın “Erasmus”u kimi türk dünyasının da “Orhun”u var

Prof. Dr Fuat Erdal

Son yeniləmə: 3 İyul 2023 14:19

BAYRAQDAR MEDİA – “Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyi (TÜRKÜNİB) çərçivəsində türk dövlətlərinin, o cümlədən Azərbaycanın ali təhsil ocaqları ilə gözəl və səmərəli əməkdaşlıq edirik. Ümumiyyətlə, bu qurumun fəaliyyətə başlaması olduqca müsbət dəyərləndirilir. Çünki türk dövlətləri arasında inteqrasiyasını dərinləşməsində elm və təhsil ocaqları ön sırada getməlidir”.

Bunu BAYRAQDAR MEDİA-ya Türkiyənin Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal dedi.

O, qeyd etdi ki, TÜRKNİB çərçivəsində oktyabrda növbəti toplantı keçiriləcək: “Bakıda keçirilməsi nəzərdə tutulan toplantıda bir sıra qərarlar qəbul edilə bilər”.

Rektor bildirdi ki, TÜRKNİB çərçivəsində də Azərbaycan universitetləri ilə gözəl işbirliyi qurulub: “Bir çox Azərbaycan universitetləri ilə müəllim və tələbə mübadiləsinə dair müqavilələr imzalamışıq. Yeri gəlmişkən, TÜRKÜNİB-in Avropanın Erasmus proqramı kimi Orhun proqramı var. Biz bu proqramı daha da aktivləşdirmək istəyirik. Hazırda TÜRKÜNİB-in dönəm başqanı Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovdur. Ə.Muradov Səmərqənddəki toplantımızda “Orhun”un rəqəmsal anlamda canlandırılması, həm də TÜRKÜNİB-in vebsaytının canlandırılması ilə bağlı bizə görəv verdi. Buna görə də Anadolu Universiteti olaraq biz hazırda TÜRKÜNİB daxilində o proqramları canlandırmaq üçün fəal şəkildə işləyirik”.

Mission News Theme by Compete Themes.