Press "Enter" to skip to content

“Arkadağ şəhəri – Ahaltəkə atlarının yeri”

Konfrans zamanı

Son yeniləmə: 3 İyul 2023 10:55

BAYRAQDAR MEDİA – Arkadağ şəhərindəki kənd təsərrüfatı kompleksinin inzibati binasının iclas zalında beynəlxalq konfrans keçirilib.

Bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən Atavatan Türkmenistan məlumat yayıb.

Məlumata əsasən, Ahaltəkə atlarının vətəni olan Türkmənistan indiki tarixi dövrdə müxtəlif ölkələrin at yetişdiriciləri, mütəxəssisləri və alimləri arasında fəal əməkdaşlıq və təcrübə mübadiləsi mərkəzinə çevrilib: “Konfransdakı çıxışlarda vurğulanıb ki, türkmən xalqı gözəlliyi və nəcibliyi baxımından tayı-bərabəri olmayan Ahaltəkə atlarını dünyaya bəxş etməklə yanaşı, əsrlər boyu bu bənzərsiz cinsi davamlı olaraq təkmilləşdirib, saflığını qoruyub saxlayıb. Bu atlar müstəqil və daimi bitərəf Türkmənistanın böyük nailiyyətlərinin, dövrlərin və nəsillərin davamlılığının rəmzidir. Bu baxımdan “Axan” binasında Ginnesin Rekordlar Kitabına düşən Ahaltəkə cinsinin obrazının canlandırılması da Arkadağ möcüzələrindən biridir”.

Mission News Theme by Compete Themes.