Press "Enter" to skip to content

Humanitar Kollecdə möhtəşəm məzun günü

Məzunlar

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə “Məzun günü” keçirilib.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya sözügedən Kollecdən veriblər.

Xəbərdə deyilir ki, “tədbirdə ADMİU-nun rektoru, Prof. Ceyran Mahmudova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və heyəti, eləcə də ADMİU nəzdində Humanitar Kollecin direktoru, Dos. Nərmin Qaralova, Kollecin müəllim-tələbə heyəti, valideynlər və məzunlar iştirak ediblər. Tədbirdən öncə müəllim və tələbə heyəti şəhidlərin xatirəsini ehtiramla yad edib”.

Daha sonra bildirilir ki, “günün rəsmi hissəsində Prof. Ceyran Mahmudova çıxış edərək kollecin tələbələrinə xoş arzularını çatdırıb. Onun ardınca Kollecin direktoru Nərmin Qaralova bütün məzunları bu münasibətlə təbrik edərək, kollecdən sonrakı həyatlarında da uğurlar arzulayıb”.

Məzun yaxınları, müəllimlər və fəxri qonaqlar
Məzun yaxınları, müəllimlər və fəxri qonaqlar

Qeyd edilir ki, “bundan əlavə, kollecdə təhsil aldığı müddətdə xüsusi fəallığına, tələbəlik illərində respublika üzrə, eləcə də ölkədən kənarda qazandıqları nailiyyətlərə görə bir sıra tələbələr “Fəxrimizsiniz” diplomu ilə təltif edilib”.

Xəbərdə deyilir ki, “bu il sözügedən Kollecdən 3 şöbə – “Kulturologiya” 160, “Təhsil ixtisasları” 171, “İncəsənət”dən 103 olmaqla ümumilikdə 400-dən çox tələbə məzun olub”.

“Məzun gününün qeyri-rəsmi hissəsində Respublikanın Xalq artisti Gülyaz Məmmədova və “O səs Azərbaycan” səs yarışmasının qalibi Zülfü Əsədzadə musiqi nömrələri ilə çıxış edib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.