Son yeniləmə: 25 İyun 2023 12:02
BAYRAQDAR MEDİA – “Neftçi” Peşəkar Futbol Klubunun, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TuranBank”ın baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün “V Neftçili Yay Futbol Düşərgəsi” layihəsi başa çatıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, layihə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Məlumata görə, şəhidlərin 6-12 yaş aralığındakı 100 övladını əhatə edən layihənin bağlanış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev iştirak ediblər. Düşərgəni uğurla bitirən iştirakçılar sertifikat, müxtəlif hədiyyələr və imtiyazlarla təltif ediliblər: “Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Layihənin media dəstəkçiləri “ASAN Radio” və “Neftçi TV”dir”.