Press "Enter" to skip to content

“Nar” Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib

Mərasim zamanı

Son yeniləmə: 25 İyun 2023 12:45

BAYRAQDAR MEDİA – “Nar” 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə “N” saylı hərbi hissədə xidmət edənhərbi qulluqçularla görüş keçirib.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edənlər vətənpərvər əsgərlərimizi qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, vətənin keşiyində duran əsgərlərə “Nar”ın ehtiramını nümayiş etdirmək məqsədi daşıyan bu layihə mobil operatorun vətənpərvərlik üzrə korporativ sosial məsuliyyət xəttinin bir hissəsidir. “Nar”ın KSM istiqamətində həyata keçirdiyi lahiyələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.

Mission News Theme by Compete Themes.