BAYRAQDAR MEDİA – Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artistləri Kamran Həsənov və Röya Mehralızadə “Qaliblər” mükafatına layiq görülüblər.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “Kamran Həsənovun quruluş verdiyi “Xarı bülbül” rəqsini tədbirdə həmkarı Röya Mehralızadə ilə təqdim ediblər. Kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamovdur”.
Qeyd edək ki, “Qaliblər” layihəsinin ideya müəllifi jurnalist Lalə Qəzənfərdir.