Son yeniləmə: 25 İyun 2023 11:53
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində iyunun 25-də aralıq seçkiləri keçirilir. Yerli vaxtla saat 08:00-da başlayan səsvermə 18:00-da başa çatacaq.
Kibris Postası xəbər verir ki, ölkə üzrə 713 seçki məntəqəsində 210 min 121 seçicinin səs verəcəyi seçkidə deputat və muxtar seçiləcək: “KKTC üzrə bütün seçicilər Lefkoşa millət vəkilinin seçilməsi üçün səs verəcəklər. Lefkoşa Yenicami Məhəlləsi muhtarının seçilməsi üçün isə yalnız bu məıhəllənin seçiciləri səs verəcəklər. Lefkoşada 228, Qazimagusada 178, Girnədə 157, Güzelyurtda 50, İskeledə 74, Lefkedə 26 seçki məntəqəsi var”.
Bildirilib ki, keçən ilin iyun ayında HP sədri Kudret Özersayın istefası ilə boşalan Lefkoşa millət vəkili mandatı üçün 6 siyasi partiya namizədi və 7 müstəqil namizəd olduğu halda, həyatını itirən Lefkoşa Yenicami muhtarlığı postunu tutmaq üçün 4 namizəd mübarizə aparacaq.
Ölkədə sonuncu növbədənkənar ümumi seçkilər 2022-ci il yanvarın 23-də keçirilib. Hazırda Parlamentdə 24 UBP, 18 CTP, 3 DP, 2 YDP və 2 müstəqil deputat var, 1 yer boşdur.