Press "Enter" to skip to content

Həmin günlər Denizli sakinləri də qardaş Azərbaycanla bir oldu

Turhan Veli Akyol (solda) və Nadir Azəri

Son yeniləmə: 25 İyun 2023 14:43

Turhan Veli Akyol: Biz 24 saat davamlı olaraq televiziyaların önündə Azərbaycandan gələn müjdəli xəbərləri izlədik

BAYRAQDAR MEDİA – “Qarabağ bir türk torpağı, Azərbaycan torpağıdır. Bu torpaqlar Azərbaycana haqsız və xaincəsinə edilən hücum nəticəsində işğal edilmişdi”.

Bunu BAYRAQDAR MEDİA-ya müsahibəsində Denizli İl kültür və turizm müdiri Turhan Veli Akyol dedi.

Denizlidə də Azərbaycan sevgisi var

Onun sözlərinə görə, Azərbaycanın 44 günük Vətən savaşında qazandığı tarixi Zəfər bütün türk dünyasında böyük coşqu ilə qarşılandı: “Biz uzun illər işğal haqqında, orada işğal dövründə azərbaycanlı bacı-qardaşlarımıza qarşı törədilən vəhşiliklər, cinayətlər haqqında eşitdikcə qəhərlənir, ağlayır və bu işğala tez bir zamanda son qoyulmasını dua edirdik. Şükürlər olsun ki, bu duamız qəbul oldu, arzumuz reallaşdı. 44 günlük Vətən savaşında cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu misilsiz şücaət göstərərək, işğala son qoydu. Türkiyənin də mənəvi və siyasi dəstəyi ilə qazanılan bu tarixi Zəfər bütün türk dünyasında coşqu ilə qarşılandı. Sayın cümhurbaşqanları Recep Tayyib Erdoğan və İlham Əliyevin dostluğundan, qardaşlığından güc alan bu qələbə, bu zəfər türkün şanlı tarixinə yazıldı”.

Müsahibimiz dedi ki, həmin günlər Denizli sakinləri də qardaş Azərbaycanla bir oldu: “Biz 24 saat davamlı olaraq televiziyaların önündə Azərbaycandan gələn müjdəli xəbərləri izlədik, hər qələbəyə görə sevindik. Sanki dünya bizim oldu. Çünki bir millət, iki dövlət olaraq bu zəfərin sevincini yaşamaq bir başqa xoşbəxtlikdir”.

Mission News Theme by Compete Themes.