Son yeniləmə: 24 İyun 2023 14:28
BAYRAQDAR MEDİA – Öz fəaliyyəti ilə müsbət mənada fərqlənən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) maraqlı addımlar atmaqda davam edir. Birlik Azərbaycan və Türkiyə arasında bir sıra sahələrdə əməkdaşlığın dərinləşməsinə də öz töhfəsini verir.
Bu günlərdə bu istiqamətdə növbəti addım atılıb. Belə ki, TÜİB-in təşəbbüsü və təşkilatçılığı ilə «Bakı KOB Evi»-ndə görüş keçirilib. Görüşdə TÜİB-in üzvləri və dövlət qurumlarının təmsilçiləri iştirak edib.
TÜİB-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Dövlət Vergi Xidməti (DVX) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) rəsmilərinin TÜİB üzvləri ilə görüşündə əsas müzakirə mövzusu vergi sahəsində aparılan islahatar olub: “Görüşdə TÜİB üzvlərini maraqlandıran suallar cavablandırılıb. Vergi Xidmətinin sədrinin müşaviri Arif Quliyev, KOBİA İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov və Dövlət Vergi Xidmətinin rəsmiləri – Vergi siyasəti baş idarəsinin Vergi Qanunvericiliyi İdarəsinin rəisi Rəşad Nuriyev, Bəyannamələr və kameral yoxlamalarına nəzarət Baş İdarəsinin şöbə rəisi Emil Əzizli, Baş Dövlət vergi müfəttişi Kənan Əliyev və Dövlət Vergi müfəttişi Fariz Salahov sahibkarların vergi sektoru ilə bağlı suallarını cavablandırıb, yeniliklər barədə məlumat veriblər”. Tədbirdə iştirak edən TÜİB üzvləri onları maraqlandıran məsələlər barədə sualların qaldırmaqla yanaşı, bir sıra məsələlərlə bağlı təkliflərini də səsləndiriblər.
Tədbirin sonunda rəsmi qonaqlara “Cocuq Mərcanlı Suvenir Mərkəzi”ndə istehsal edilən suvenirlər təqdim edilib.