BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrında iki gün ard-arda nümayiş olunan “Sevənlərindir dünya” (Əmir Pəhləvan) tamaşasının premyerası anşlaqla keçib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 23-də sözügedən Teatrdan daxil olub.
Xəbərdə deyilir ki, “quruluşçu rejissoru Elməddin Dadaşov olan bu tamaşada azərbaycanlı (Şərif) və özbək (Müyəssər) – iki gəncin sevgi hekayəsindən bəhs olunur. İki gün ardıcıl təqdim olunan premyerada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Emin Zeynallı, Nəzrin İsmayılzadə, Əliməmməd Novruzov, Telli Hüseynova, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ofeliya Novruzqızı, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Güldanə Əzimova, Nərmin Əliyeva, Mehriban Rəcəbova, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, həmçinin teatrın xor və balet truppasının üzvləri də iştirak ediblər. Tamaşaçılar yaradıcı heyəti hərarətli alqışlarla qarşılayıb, onlara gül-çiçək dəstələri təqdim ediblər”.
Qeyd edək ki, səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.