Press "Enter" to skip to content

Oxşar ssenari: Bu dəfə Rusiyanın özündə

Rusiyada evriliş ssenarisi

Ukrayna Müdafiə Nazirliyi Ruisyada baş verənləri yaxından izləyir

BAYRAQDAR MEDİA– İyunun 23-dən başlayaraq Rusiyada hərbi-siyasi gərginlik yaşanır. Bu, əslində, haqlı olaraq gərginlikdən daha çox hərbi qiyam və çevrilişə cəhd kimi qiymətləndirilir. SSRİ dağılandan sonra bir sıra respublikalarda, o cümlədən Azərbaycanda reallaşdırılan ssenarinin oxşarı bu gün Ruisyanın özündə həyata keçirilməkdədir.

Beləliklə, ümumilikdə onu qeyd etmək olar ki, Rusiya Federasiyası son dövrün ən böyük siyasi böhranlarından birini yaşayır. Məlumatlara əsasən, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə muzdlu dəstəsinin lideri Yevgeni Priqojin arasında gərginlik pik həddə çatıb.

Rusiya Təhlükəsizlik Xidməti “Vaqner” liderini silahlı üsyana çağırdığı üçün istintaqa başlayıb. Bundan sonra Y.Priqojin rəhbərlik etdiyi silahlı dəstəsini Rostova yeridib. Bununla da hərbi çevriliş istiqamətində ilk addım atılıb. 1993-cü ildən bəri ilk dəfə Moskva küçələrində tanklar görünüb.

Bu arada Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsilə xalqa müraciətində silahlı qiyam təşkil edənləri və döyüş yoldaşlarına qarşı silah qaldıranları “satqın” adlandırıb, onların hərəkətini dövlətə və xalqa arxadan vurulan zərbə kimi səciyyələndirib. V.Putin Rostovda vəziyyətin gərgin olduğunu, dövlət orqanlarının işinin iflic vəziyyətə gətirildiyini deyib.

O, bildirib ki, silahlı qiyam təşkil edənlər və silahdaşlarına qarşı silah qaldıranlar Rusiyanı satanlardır: “Bir prezident, Ali Baş Komandan və Rusiya vətəndaşı olaraq mən ölkəni qorumaq üçün əlimdən gələni edəcəyəm. Qəti addımlar atılacaq”.

V.Putin “Vaqner”ə qoşulanları silahı yerə qoymağa çağırıb.

Öz növbəsində Ukrayna Müdafiə Nazirliyi ölkədə daxili qarşıdurma və qiyam ehtimalından danışarkən, mövzu ilə bağlı diqqətçəkən açıqlama paylaşıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin rəsmi Tvitter ünvanında “Biz izləyirik” paylaşılıb.

Mission News Theme by Compete Themes.