Press "Enter" to skip to content

Müsabiqə qalibi “AzerGold”un Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində

Görüş zamanı

Son yeniləmə: 24 İyun 2023 15:37

BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 2-ci “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Əli Əhmədov ilə növbəti görüşünü keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya QSC-dən məlumat verilib.

Bildirilib ki, “2-ci “Yüksəliş” layihəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibinin birillik fərdi inkişaf planına uyğun olaraq təşkil edilən görüş ÇİRES-də metal filizlərinin hasilatı, emalı prosesi ilə tanışlıq, idarəetmənin əsas prinsip və xüsusiyyətlərinin, forma və metodlarının real iş şəraitində təcrübədən keçirilməsi məqsədi daşıyıb. Belə ki, müsabiqə qalibi Ə.Əhmədov həmin istehsalat sahəsində qızıl və gümüş tərkibli xəlitələrin hazırlanması prosesinin bütün mərhələlərini, o cümlədən qiymətli metal tərkibli filizlərin partladılması, laborator analizi, daşınması, xırdalanması, üyüdülməsi, aşındırılması, adsorbsiya, desorbsiya və elektroliz əməliyyatlarını izləmək imkanı əldə edib. Həmçinin müsabiqə qalibi “AzerGold” QSC-nin mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında həyata keçirdiyi hasilat və istehsalat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması sahəsində gördüyü işlərlə tanış olub”.

Məlumata əsaəsn, istehsalat sahəsi ilə tanışlıq zamanı İdarə Heyətinin sədri Z.İbrahimov müsabiqə qalibi ilə mədən layihələrinin hazırlanması, planlama, investisiya qoyuluşları, müvafiq infrastrukturun qurulması və idarə olunması sahəsində təcrübəsini bölüşüb: “Bildirilib ki, hər bir yatağın istismara verilməsi geoloji kəşfiyyat, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, tikinti-quraşdırma işlərinin aparılması və digər bu kimi bir neçə uzunmüddətli mərhələnin icrasını tələb edir. Layihədən asılı olaraq bilavasitə hasilat işlərinə başlamazdan əvvəl bu mərhələlərin icrasına orta hesabla 5-8 il vaxt tələb olunur. Qeyd olunub ki, mədənçilik sahəsində əsas investisiyalar məhz bu mərhələdə icra olunan hazırlıq işlərinə yönəldilir ki, nəticədə yeni yataqların istismara verilməsi ilə ölkə iqtisadiyyatına davamlı töhfələrin verilməsi təmin edilir”.

Mentorluq proqramı çərçivəsində ötən dövr ərzində təşkil edilən görüşlərdə aşılanan nəzəri bilik və bacarıqların real iş mühitində tətbiqi istiqamətində yaradılan şəraitə görə təşəkkür edən müsabiqə qalibi Ə.Əhmədov əldə etdiyi istehsalat təcrübəsinin onun şəxsi inkişafı və gələcək karyerası üçün olduqca faydalı olacağını deyib.

Mission News Theme by Compete Themes.