Press "Enter" to skip to content

Lənkəranda “Bremen musiqiçiləri” tamaşası

Bremen musiqiçiləri

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində iyun ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə başlayıb. Bu çərçivədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 27-i saat 15:00-da Lənkəran Dövlət Dram Teatrında “Bremen musiqiçiləri” tamaşası ilə çıxış edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 24-də Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Qrim qardaşlarının eyniadlı məşhur nağılının motivləri əsasında yazılan pyesin müəllifləri Yuri Entin və Vasili Livanovdur. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradovadır. “Bremen musiqiçiləri” iki gəncin sevgisindən bəhs edən həzin, uşaqlar üçün nəzərdə tutulmuş bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər tamaşaçılarda xoş duyğular yaradır. Tamaşanın yaradıcı heyəti balacalarda gözəl hisslər tərbiyə etməyə, onlarda pozitiv ovqat yaratmağa çalışırlar. Tamaşanın dinamikası, peşəkar aktyor oyunu və əlbəttə xoşbəxt sonluq hər kəsdə xoş hisslər oyadır”.

Qeyd edək ki, səhnə əsərində Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Əliheydər, Xaliq Bəkirov, Araz Primov, Müşviq Əliyev, Tahir İsmayılov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov, Tahir İsmayılov, Nuranə Hüseynova, Gülbəniz Mustafayeva, Hilal Dəmirov iştirak edirlər.

Mission News Theme by Compete Themes.