Press "Enter" to skip to content

“İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə

Tədbir zamanı

Son yeniləmə: 24 İyun 2023 18:36

BAYRAQDAR MEDİA – Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Milli QHT Forumundan məlumat verilib.

Bildirilib ki, tədbiri açıq elan edən Forumun prezidenti Rauf Zeyni, Ulu Öndər Heydər Əliyevin insan hüquqları konteksində tarixi xidmətlərindən bəhs edib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) nümayəndəsi Mahir Məmmədov, həmçinin QHT rəhbərləri bir sıra təkliflər iərli sürüblər. MQF-ə üzv olan təşkilatların birgə fəaliyyət göstərməsi və ümumiyyətlə vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi iştirakçılar tərəfindən təklif kimi irəli sürülüb.

Mission News Theme by Compete Themes.