Press "Enter" to skip to content

Ermənistan Naxçıvan istiqamətində silahlı təxribat törədib

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Qeyd edilir ki, Azərbaycanın ordu bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Mission News Theme by Compete Themes.