Press "Enter" to skip to content

AZSTAND nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Tədbirdən

BAYRAQDAR MEDİA – Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Avropa Standartlaşdirma Təşkilatının (CEN) Baş Assambleyasının 59-cu iclası və Avropa Elektrotexniki Standartlaşdırma Komitəsinin (CENELEC) Baş Assembleyasının 65-ci iclasında iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya AZSTAND-dan bildirilib.

Qeyd edilib ki, CEN və CENELEC-in illik iclası Serbiyanın paytaxtı Belqrad şəhərində Serbiya Standartlaşdırma İnstitutu (ISS) tərəfindən təşkil olunub. İllik iclasa CEN və CENELEC-in üzvü olan 34 milli standartlaşdırma qurumunun, Avropa və Beynəlxalq standartlaşdırma təşkilatlarının nümayəndələri qatılıblar: “İclas çərçivəsində Azərbaycanda texniki tənzimləmə sisteminin inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının (Aİ) təcrübəsinin öyrənilməsi, Aİ-yə üzv ölkələrlə qarşılıqlı əməkdaşlıq və dəstəyin təmin edilməsi və ikitərəfli əməkdaşlığı inkişaf etdirilməsi üçün Serbiya Standartlaşdırma İnstitutu, Çexiya Standartlar, Metrologiya və Sınaq Ofisi, Latviya Standartlaşdırma Qurumu, Türk Standartları İnstitutu, Qazaxıstan Texniki Tənzimləmə və Metrologiya İnstitutu, Sinqapur Standartlar Şurası, İsrail Standartlar İnstitutu (SII) və digər standarlaşdırma qurumları ilə görüşlər keçirilib və müvafiq müzakirələr aparılıb”.

Mission News Theme by Compete Themes.