Press "Enter" to skip to content

MEK-də “Nigar Rəfibəyli-110” adlı sərgi təşkil olunub

Nigar Rəfibəyli-110

BAYRAQDAR MEDİA – Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Nigar Rəfibəylinin anadan olmasından 110 il ötür. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Nigar Rəfibəyli-110” adlı sərgi təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 23-də sözügedən Kitabxanadan daxil olub.

Xəbərdə deyilir ki, “sərgidə şairin Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitabları, tərcümə və tərtib etdiyi, redaktoru olduğu kitablar, sözlərinə yazılmış mahnıların yer aldığı nəşrlər, haqqında yazılan kitablar, dövri mətbuat materialları nümayiş etdirilir. Bunların sırasında “Dənizin səsi gəlir”, “Məhəbbətim bölünmədi”, “İşıqlı dünyam”, “Ana səsi”, “Seçilmiş əsərləri”, “Rübailər”, “Bir cüt xurma ağacı”, “Yol Xatirələri”, “Dənizin səsi gəlir”, “Məstanın balaları”, “Bir həzin axşamda düşsəm yadına”, “Günəşdən gənclik istədim”, “Şeirlər”, “Tapdılar bir-birini sevgini bölüşdülər” (Anar), “Görünməz adam” (tərcümə) və başqa dəyərli nəşrlər yer alır”.

Qeyd edək ki, sərgi 2 həftə davam edəcək.

Mission News Theme by Compete Themes.