Press "Enter" to skip to content

Kitab tanıtma: “Səfəvi-Qızılbaş ədəbiyyatı”

Səfəvi-Qızılbaş ədəbiyyatı

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı dəyərli nəşrlərdən biri də Qədim Qubadovun “Səfəvi-Qızılbaş ədəbiyyatı” kitabıdır.

Kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 30 mart 2023-cü il tarixli 2 saylı iclasının qərarı ilə çap olunub.

Monoqrafiyada Azərbaycanın orta əsrlər ictimai-siyasi və ədəbi-mədəni həyatında mühüm rolu olan Səfəviyyə-Qızılbaş təriqəti haqqında məlumat verilib. Bu təriqət ətrafında yaranan ədəbiyyat və onun təmsilçiləri, eləcə də həmin ədəbiyyatın ideya qaynaqları və mövzusu monoqrafiyanın əsasını təşkil edir.

Nəşrdə “Azərbaycanda təsəvvüfi fikir və “Səfəviyyə” təriqəti”, “Səfəvi-Qızılbaş ədəbiyyatının ideya qaynaqları, mövzu və janr xüsusiyyətləri”, “Səfəvi-Qızılbaş şairləri” və s. kimi başlıqlar yer alır.

Qeyd edək ki, kitabın elmi redaktoru və ön sözünün müəllifi fillogiya elmləri doktoru Fəridə Əzizova, rəyçilər filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Səltənət Əliyevadır.

Mission News Theme by Compete Themes.