Press "Enter" to skip to content

İyunun müavinət, təqaüd və sosial yardımları vaxtından əvvəl ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 23 İyun 2023 08:49

BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları iyunun 22-də tam ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bundan əvvəl, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Mission News Theme by Compete Themes.