Press "Enter" to skip to content

Gələcəyin psixoloqları and içdi

Mərasim zamanı

Son yeniləmə: 23 İyun 2023 15:03

Pamukkale Universitetindəki məzuniyyət törənləri rəngarəng məqamlarla yadda qaldı

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin bir çox ali məktəblərində olduğu kimi Pamukkale Universitetində də məzuniyyət törənləri keçirildi. Universitetdə 2022-2023-cü tədris ili məzuniyyət törənləri Prof. Dr. Hüseyin Yılmaz Kongre ve Kültür Mərkəzində oldu.

Məzuniyyət törənlərinin açılış proqramında Denizli Büyükşehir Belediye Başqanı Osman Zolan, rektor Prof. Dr. Ahmet Kutluhan, Pamukkale kaymakamı Uğur Bulut, Merkezefendi kaymakamı Adem Uslu, İl Jandarma Komutanı J. Alb. Veysel Yanık, rektor yardımcıları Prof. Dr. Necip Atar, Prof. Dr. M. Ensar Yeşilyurt, digər qonaqlar, həmçinin universitetetin müəllim heyəti, məzunlar və valideynlər iştirak etdilər.

Eğitim fakultəsi Psixolojik Danışmanlık və Rəhbərlik Bölümünün məzunları
Eğitim fakultəsi Psixolojik Danışmanlık və Rəhbərlik Bölümünün məzunları

Rektor Prof. Dr. Ahmet Kutluhan mərasimdə çıxış edərək dedi: “Pamukkale Universitetinin bu buraxılış mərasimində indiyə qədər keçirilən mərasimlərdən fərqli olaraq fərqli bir həyəcan, sevinc, şərəf, qürur və böyük minnətdarlıq var. Bunun səbəbi Mustafa Kamal Atatürkün qurduğu Türkiyə Cümhuriyyəti bir əsrini başa vuraraq ikinci yüz ilinə, Türkiyə yüz ilinə qədəm qoymasıdır. Bu gün sevinc və qürur mənbəyimiz olan Türk əsrinə xidmət edəcək gəncləri yola salmağa başlayırıq. Türkiyə Cümhuriyyətinin ikinci əsrində də birinci əsrdə olduğu kimi vətənin bölünməz bütövlüyünü, millətin və respublikamızın birlik və bərabərliyini qoruyaraq Pamukkale Universitetini təmsil edin”.

Məzun olmaq xoşbəxtliyi
Məzun olmaq xoşbəxtliyi

Qeyd edək ki, bu il Pamukkale Universitetindən ümumilikdə 9 min 530 nəfər məzun olur. Onlar arasında Eğitim fakultəsi Psixolojik Danışmanlık və Rəhbərlik Bölümünün məzunları da var. Fakultənin məzuniyyət törənində maraqlı və yaddaqalan anlar yaşandı. Bölümün məzunlarının “Psixolojik məslək andı”nı içməsi isə alıqşlarla müşahidə edildi.

Buraxılış attestatlarını alan tələbələr and içdikdən sonra müəllimlərin müşayiəti ilə səhnəyə papaq ataraq məzun olmaq xoşbəxtliyini yaşadılar.

Mission News Theme by Compete Themes.