BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanası Elektron resurslar şöbəsinin baş mütəxəssisi Rövşən Məmmədli Vikipediyada Füzuli–Şuşa avtomobil yolu (“Zəfər yolu”) ilə bağlı məqalə yaradıb.
Bildirək ki, 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Yolun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km-dir. Yolun açılışı isə 7 noyabr 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
Məqalə ilə bağlı R.Məmmədli BAYRAQDAR MEDİA-ya bildirib ki, “2020-ci il noyabrın 16-da İlham Əliyev və Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər. Elə həmin səfər zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılıb. Yolun açılışı olandan sonra mən də məqalə üzərində işləməyə başladım. Bir həftəyə məqaləni yekunlaşdırdım”.
Qeyd edək ki, həmin yol xalq tərəfindən “Zəfər yolu” da adlandırılır.