Press "Enter" to skip to content

“CyC Radio”da “Azərbaycan musiqisi saatı”

BAYRAQDAR MEDİA – Kolumbiyanın geniş dinləyici auditoriyasına malik “CyC Radio”sunun efirində ölkəmizə həsr olunmuş veriliş zamanı Azərbaycan mahnıları səsləndirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, verilişdə Azərbaycanda ən çox sevilən musiqilər arasında yer alan 8 mahnı musiqisevərlərə təqdim olunub: “Musiqi verilişində ölkəmizdə geniş populyarlıq qazanmış “Mən azərbaycanlıyam” (Tünzalə Ağayeva), “Atəş” (N.Kərimbəyova və C.Zeynalov), eləcə də müxtəlif illərdə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş müğənnilərin mahnıları səsləndirilib. Qeyd edək ki, Kolumbiyanın Hökumət radiolarından hesab olunan “CyC Radio”suna həmin ölkənin Mədəniyyət Nazirliyinin internet səhifəsi vasitəsilə də qulaq asmaq mümkündür. “CyC Radio”su Deutsche Welle, RAI Radio, Radio Nederland, REE kimi dünyaca məşhur bir sıra radiolarla əməkdaşlıq edir”.

Mission News Theme by Compete Themes.