Press "Enter" to skip to content

Beynəlxalq təşkilatla birgə sənəd hazırlanıb

Tədbir zamanı

Son yeniləmə: 23 İyun 2023 13:48

BAYRAQDAR MEDİA – “Park İnn otelində 3 gün davam edən insan alverinə qarşı mübarizədə QHT Koalisiyasının strateji planının və kommunikasiya sənədinin müzakirəsi ilə bağlı konfrans öz işini tamamlayıb”.

Bunu BAYRAQDAR MEDİA-ya İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib.

O, qeyd edib ki, müzakirə Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi (ICMPD) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin ilə əməkdaşlıq çərçivəsində təşkil olunub: “Qeyd edək ki, konfrans Avropa Birliyinin maliyyə dəstəyi və MIEUX+ (Miqrasiya) proqramı çərçivəsində “İnsan alverinə qarşı mübarizədə İnformasiya və Kommunikasiya Texnologiyalarının rolu” layihəsi olaraq bir ildir ki davam edir”.

Mission News Theme by Compete Themes.