Press "Enter" to skip to content

Xüsusi əhəmiyyətə malik hidroqovşaq

Samur Baş Hidroqovşağı

Son yeniləmə: 22 İyun 2023 11:06

BAYRAQDAR MEDİA – Hazırda Azərbaycnada suburaxma qabiliyyəti 50 m³/s-dən çox olan 17 hidroqovşaq mövcuddur. Bu qurğulardan biri, xüsusi əhəmiyyətə və eyni zamanda maraqlı tarixə malik olan Azərbaycan-Rusiya sərhədində, Qusar rayonu ərazisində yerləşən Samur Baş Hidroqovşağıdır.

Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, iİlk baxışdan adi görünən bu qurğu Bakı və Abşeron yarımadasını 75 faiz içməli su ilə təmin edir: “Şimal bölgəsindəki 6 rayonun suvarma suyu ilə 100 faiz təmin edilməsi də məhz Samur Baş Hidroqovşağının hesabına həyata keçirilir. 1955-ci ildən istismarda olan qurğunun tikintisinə 1939-cu ildə başlanılıb. O zaman 108 km uzunluğunda olan kanal əllə qazılıb. İkinci dünya müharibəsinin başlaması ilə dayanan tikinti işlərinə 1947-ci ildə yenidən start verilib və 8 il sonra qurğu istifadəyə verilib. Uzun illər istifadə edilən hidroqovşağın Azərbaycanın müstəqilliyinin ilk illərində əsaslı təmirə ehtiyacı vardı. Ulu öndər Heydər Əliyev ilk xarici sərmayəni melorasiya sahəsinə yönəltməklə bu qurğunun da beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına start vermişdir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına da kəskin ehtiyac duyulurdu. Tezliklə Prezident İlham Əliyev bu layihə çərçivəsində Azərbaycan-Rusiya sərhədində yerləşən, Samur çayı üzərindəki Baş Hidroqovşaq, Baş Suqəbuledici və Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilmiş, həmçinin ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa olunmuşdur”.

Vurğulanıb ki, qurğunun əhəmiyyəti nəzərə alınaraq Samur Abşeron Kanalı İstismar İdarəsinin əməkdaşları tərəfindən mütamadi olaraq Baş Hidroqovşaqda cari təmir işləri aparılır: “Eyni zamanda son dövrlər qurğunun yerləşdiri ərazidə abadlıq işləri görülüb, inzibati bina əsaslı təmir edilib və ərazidə müasir işıqlandırma sistemi qurulub”.

Mission News Theme by Compete Themes.