BAYRAQDAR MEDİA – İyunun 21-də Bakı Kitab Mərkəzində poeziya və musiqi gecəsi keçirilib.
Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “Xalq artistləri Ülviyyə Hacıbəyli və Mehriban Zəkinin iştirakı ilə keçirilən gecə Heydər Əliyev Fondunun dəstəyi ilə II Bakı Beynəlxalq Piano Festivalı çərçivəsində təşkil olunub. Gecədə Qara Qarayev, Niyazi, Soltan Hacıbəyov, Emin Sabitoğlu, İsmayıl Hacıbəyov, Yohans Brams, Erik Satie və digər bəstəkarların əsərləri səslənib. Сanlı musiqi sədaları altında M.Zəki Məhəmməd Füzuli, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Nigar Rəfibəyli, Ramiz Rövşən, Vaqif Bayatlı Odər və Rüstəm Behrudinin şeirlərini oxuyub. Piano musiqisi və lirik şeirlər Bakının yay axşamında tamaşaçılara özünəməxsus xoş bir ovqat bəxş edib”.