Press "Enter" to skip to content

“Nar” yeniyetmələrin sağlam həyat tərzi üçün boks təliminə dəstək olur

Son yeniləmə: 22 İyun 2023 11:14

BAYRAQDAR MEDİA – “Nar” yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə boks təlimləri ilə davam edir. Layihənin öncəki illərdəki uğurlarına əsaslanan “Nar”, bu dəfə 25 yeniyetmənin peşəkar təlim üçün bütün lazımi boks ləvazimatları ilə təchiz olunaraq təlimlərdə iştirak etmələrinə imkan yaradıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya verilən məlumatda qeyd olunur ki, “Baku Fight Lab”la əməkdaşlıq çərçivəsində uşaq evlərindən və aztəminatlı ailələrdən olanbu gənclərə dünya, Avropa və olimpiya çempionlarının məşqçiləri təlim keçəcək.

”Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bu təlimlər vasitəsilə onlara peşəkar boksda uğurlu karyera qurmaq üçün əvəzolunmaz şans verildiyini qeyd edib: “Yeniyetmələrin fiziki rifahına sərmayə qoymaqla Narolaraq, boks rinqini aşan və onların həyatına müsbət təsir göstərən nizam-intizam, əzmkarlıq və möhkəmlik kimi dəyərləri aşılamağı hədəfləyirik, ümid edirik ki, gələcəkdə bu gəncləri dünya, Avropa və olimpiya çempionu kimi görəcəyik”.

“Nar” sosial məsuliyyətli şirkət olaraq, diqqəti uşaq evləri və aztəminatlı ailələrdən olan yeniyetmələrə yönəltməklə, onların sağlam həyat tərzini mənimsəmələri üçün geniş imkanlar yaradır. Mobil operatorun həyata keçirdiyi digər sosial layihələrlə nar.az/projects vasitəsilə tanış ola bilərsiniz.

Mission News Theme by Compete Themes.