BAYRAQDAR MEDİA – İyunun 24-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyüklər üçün nağıl-tamaşa olan “999-cu gecə” tamaşası nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “tamaşa dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri əsasında “1001 gecə” nağıllarının motivləri əsasında hazırlanıb. Tamaşanın süjet xəttinin əsasını çəkməçi Maruf ilə onun ifritə arvadı arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir”.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru və baş dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar artist Nabat Səmədova, rejissoru isə Elməddin Dadaşovdur.