Press "Enter" to skip to content

“Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi

Uşaqlıq duyğularımın rəngləri

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi “Heydər Əliyev ili” çərçivəsində təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədi ilə “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu elan edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 20-də sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə deyilir ki, “sərgidə yaşı 18-dən yuxarı rəssamlar və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsərlərin fotosu ilə bərabər əsərin adı, həmçinin əsərin müəllifinin adı, soyadı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək duygular2023@gmail.com ünvanına göndərməklə iştirak edə bilərlər. Hətta uşaqkən çəkilən rəsm varsa, səriyə onunla da qatılmaq mümkündür. Əsərlərin qəbulu üçün son tarix 5 oktyabr 2023-cü il müəyyən olunub”.

Qeyd edək ki, sərgilənən əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim olunacaq.

Mission News Theme by Compete Themes.