Press "Enter" to skip to content

Milanda “Sənətin hamisi” adlı sərgi

Son yeniləmə: 21 İyun 2023 14:35

BAYRAQDAR MEDİA – İtaliyanın Milan şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Sənətin hamisi” adlı sərgi nümayiş etdirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 21-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin dəstəyi və Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı ilə baş tutan sərgi Vittorio Emmanuel Qalereyasında yerləşən qədim “Bokka” kitabxanasında gercəkləşdirilib: “Sərgidə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və azərbaycanlı rəssam Elay Məmmədovun rəsm əsərləri təqdim olunub”.

Məlumata əsasən, tədbirdə çıxış edən Elay Məmmədov sərginin “Sənətin hamisi” adlandırılmasının təsadüfi olmadığına diqqəti cəlb edib: “Bildirib ki, ölkəmizin zəngin mədəniyyətinin və incəsənətinin vurğunu olan Heydər Əliyev bütün siyasi fəaliyyəti dövründə istedadlı sənət adamlarını qorumağa, onların yolunda olan əngəlləri aradan qaldırmağa və dünyada tanınmalarına çalışıb. Bir çox Azərbaycan rəssamlarının, bəstəkarlarının və sənətçilərinin yaradıcılığının dəstəklənməsində müstəsna rol oynayıb. Tədbir zamanı fransız əsilli pianoçu, La Skala Akademiyasının məzunu Selin Mişel fortepianoda klassik musiqi əsərlərini ifa edib”.

Qeyd edək ki, Elay Məmmədov 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. Brera İncəsənət Akademiyasını bitirib. İtaliyada yaşayan rəssam bu ölkədəki müxtəlif rəsm qalereyalarında, fərdi və qrup sərgilərində öz əsərlərini təqdim edir. Onun gizli üslubda yağlı boya ilə çəkdiyi “Domesticated Red”və digər əsərləri italiyalı sənətsevərlərdə böyük maraq doğurur.Diasporla İş üzrə Dövlət Komitəsi istedadlı soydaşımızla bu istiqamətdə əməkdaşlıq edir.

Mission News Theme by Compete Themes.