BAYRAQDAR MEDİA – Mərkəzi Bank tərəfindən mütəmadi olaraq Azərbaycanın görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə həsr olunmuş, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 21-də Milli Azərbaycan Tarixi Muzeyindən daxil olub.
Xəbərdə deyilir ki, “tədavülə buraxılan bu nişanlar hər zaman ölkə ictimaiyyəti, yerli və xarici tədqiqatçılar tərəfindən maraqla qarşılanıb. Yeni nəsil yubiley və xatirə pul nişanlarının muzeyin yeni qurulacaq ekspozisiyasında sərgilənməsi məqsədilə 8 iyun 2023-cü il tarixində Mərkəzi Bank və MATM arasında müqavilə bağlanıb və bu müqaviləyə əsasən dövlət əhəmiyyəti olan pul nişanları muzeyə hədiyyə edilib. Təqdim olunan dəyərli materiallar arasında əsasən kağız, metal, yubiley, xatirə və investisiya məqsədli pul nişanları yer alır”.
Qeyd edək ki, yeni qurulan ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.