Press "Enter" to skip to content

Kitab tanıtma: “Azərbaycan dramaturgiyası: ideallıqla reallığın vəhdəti”

Azərbaycan dramaturgiyası: ideallıqla reallığın vəhdəti

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də tədqiqatçı Ramin Əhmədovun müəllifi olduğu “Azərbaycan dramaturgiyası: ideallıqla reallığın vəhdəti” (H.Cavid, C.Cabbarlı və S.Vurğunun pyesləri əsasında) monoqrafiyasıdır.

Monoqrafiyada Azərbaycan dramaturgiyası tarixində xüsusi mərhələ təşkil edən H.Cavid, C.Cabbarlı və S.Vurğun dramaturgiyasının romantik və realist qolları, tarixi və çağdaş mövzuları, janr-üslub xüsusiyyətləri, konflikt və xarakter problemi, şərtliliyin estetik funksiyası, dram-səhnə dili, remarka və s. məsələlər ideallıqla reallığın vəhdəti kontekstində araşdırılıb. Bu üç bənzərsiz ədəbi simaların dramaturji irsi fonunda milli Azərbaycan dramaturgiyasının XX əsrin 40 ili daxilində qazandığı janr uğurlarından bəhs olunub.

Kitabda “Dramatik növ və onun janr sistemi”, “Dramaturji konflikt və bədii xarakter konsepsiyası”, “Mövzu və bədii ideya”, “Dramatik struktur. Janr arxitektonikası” və s. kimi başlıqlar yer alıb.

Nəşrin öz sözünün müəllifi filologiya elmləri doktoru, Prof. Himalay Qasımov, rəyçilər filologiya elmləri doktoru, Prof. Abbas Hacıyev, filologiya elmləri doktoru, Prof. Təhsin Mütəllimov, filologiya elmləri doktoru, Prof. Rəhim Əliyevdir.

Mission News Theme by Compete Themes.