Press "Enter" to skip to content

“Həqiqətin onomastikası – 2: Qarabağ və Şərqi Zəngəzur”

Həqiqətin onomastikası – 2: Qarabağ və Şərqi Zəngəzur

BAYRAQDAR MEDİA – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Nazim Vəlişov və Tahir Kazımlının müəllifi olduğu “Həqiqətin onomastikası – 2: Qarabağ və Şərqi Zəngəzur (İşğaldan azad edilmiş ərazilərimizdə coğrafi və tarixi adların dəyişdirilməsi -saxtalaşdırılması cəhdləri)” adlı kitab təqdim edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 21-də sözügedən Kitabxanadan daxil olub.

Xəbərdə deyilir ki, “kitabda 1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş oykonimləri, oronimləri və hidronimləri haqqında ensiklopedik məlumatlar əksini tapıb. Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki toponimlər tədqiqat obyekti kimi linqvistik, tarixi və coğrafi baxımdan araşdırılıb, bu ərazilərin areal etnotoponimləri izahlı təhlil edilib. Ərazinin yaşayış məntəqələri haqqında ilk dəfədir ki, belə nəfis şəkildə ensiklopedik məlumat-sorğu kitabı çap olunur”.

Daha sonra xəbərdə bildirilir ki, “vətənpərvərlik ruhunda yazılan və gərgin zəhmət hesabına araya-ərsəyə gətirilən bu dəyərli kitab Azərbaycanın uzaq və yaxın tarixini öyrənmək, ümumilikdə kimliyi bilmək, onu dərk etmək baxımından hər bir ev, hər bir ailə üçün gərəklidir. Bu kitab hamının bilmək məcburiyyətində olduğu tarixin bəzi qaranlıq səhifələrini oxuculara təqdim edir. Əsasən dilçilər, tarixçilər, coğrafiyaçılar, alimlər, tədqiqatçılar, siyasətçilər, müəllimlər, tələbələr – Azərbaycanın tarixinə, dilinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab Qarabağ və Şərqi Zəngəzurun qədim türk-oğuz yurdu olmasını tutarlı faktlarla təsdiq edən qiymətli mənbələrdir.

Qeyd edək ki, kitabın birinci cildinin ingilis dili variantı MEK-in Xarici dillərdə ədəbiyyat fondunda saxlanılır.

Mission News Theme by Compete Themes.