Press "Enter" to skip to content

Tatarıstanın ictimai xadimləri MEK-də

Qonaqlar MEK-də

BAYRAQDAR MEDİA – Qardaş Tatarıstan Yazıçılar İttifaqının (TYİ) keçmiş sədri, Əməkdar incəsənət xadimi, jurnalist Danil Salihov və “Tatarıstan” İB-nin sədr müavini, “Salam Tatarıstan” beynəlxalq mərkəzinin rəhbəri, ictimai xadim Emin Ramazanov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 20-də sözügedən Kitabxanadan daxil olub.

Xəbərdə deyilir ki, “qonaqları MEK-in baş direktoru, Prof. Məmməd Əliyev qarşılayaraq kitabxananın tarixi, fəaliyyəti və beynəlxalq əlaqələrindən bəhs edib. Qeyd olunub ki, 100 illik tarixi olan olan MEK oxucularına həm ənənəvi, həm də elektron xidmət göstərir. Diqqətə çatdırılıb ki, MEK-in zəngin fondları dünya dillərinin çoxunda, o cümlədən tatar dilində nəşrləri özündə cəmləşdirir. Daha sonra qonaqlar kitabxana ilə yaxından tanış olublar. Öncə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fonduna baxış keçirilib. Baş direktor buradakı guşələr haqqında ətraflı məlumat verib, toplanan dəyərli nəşrlərdən bəhs edib. Professor qeyd edib ki, fond istər I Qarabağ, Aprel və Tovuz döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsinin hər bir şəhidi, qazisi, iştirakçısı haqqında məlumat toplayaraq gələcək nəsillərə ötürülməsi istiqamətində işlər görür. Yaradıldığı gündən etibarən fondu çoxlu sayda şəhid ailə üzvlərinin ziyarət etdiyini qeyd edən baş direktor qonaqlara “Xocalı şəhidləri 613” kitabını hədiyyə olaraq təqdim edib”.

Yazıçı D.Salihov öz növbəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsindən təsirləndiyini və qardaş millətə daim dəstək olduqlarını qeyd edib. O, müəllifi olduğu nəşrləri MEK-ə hədiyyə edib.

Sonda MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü xarici ziyarətçilərə MEK-in Diplomatik fondunda toplanan nəşrlər haqqında ətraflı məlumat verib, xatirə şəkilləri çəkilib.

Mission News Theme by Compete Themes.