BAYRAQDAR MEDİA – İyunun 24-də saat 16:00-da Rəssamlar İttifaqında Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı tanınmış miniatür rəssam Pəri Miniatürün “Rəngin eşqi” adlı fərdi sərgisi olacaq.
BAYRAQDAR MEDİA-ya sərgi haqqında məlumat verən rəssam deyib ki, “25 ilə yaxındır ki, miniatür sənəti ilə məşğul oluram və modern elementlərlə fərqli işlər etməyə çalışıram. Miniatürün fundamental və qırmızı xəttini saxlamaqla sintez işlər edirəm. Bu sərgidə 60-dan çox əsər olacağını düşünürəm. Həm də sərgidə sadəcə klassik və modern miniatür nüsxələrlə yanaşı, fərqli kompozisiyalar da olacaq”.
Qeyd edək ki, sərgi Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunub.