Son yeniləmə: 20 İyun 2023 11:22
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Bakı və regionlarda olan məktəblərdə uşaqların peşəyönümü meyillərini müəyyənləşdirmək üçün sorğulara başlanıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, 9-11-ci sinif şagirdləri arasında keçirilən sorğular zamanı şagirdlərin təhsil perspektivləri, peşə və ixtisas seçiminə təsir edən faktorlar, məqsədyönlü ixtisas seçimini təşviq edən amillər öyrənilir: “Sorğular zamanı eyni zamanda yuxarı sinif şagirdlərinə peşə seçimi ilə bağlı qərar verməzdən əvvəl əmək bazarının tələbləri baxımından öz bilik və bacarıqlarını dəyərləndirməyə yardım edilir”.