Press "Enter" to skip to content

Dostluq və qardaşlıq ruhu

Tədbir zamanı

Son yeniləmə: 20 İyun 2023 12:11

Fikrət Əliyev: Qazaxıstanda keçirilən tədbirlərdə Ulu öndər Heydər Əliyevin Azərbaycan və türk dünyası qarşısındakı xidmətlərindən bəhs edildi

BAYRAQDAR MEDİA – “Azərbaycan qardaş türk dövlətləri ilə sıx münasibətlərə, geniş əlaqələrə malikdir. Bu əlaqələrdən doğan əməkdaşlığımız bütün sahələri əhatə edir. Biz bunu ayrı-ayrı ölkələrdə keçirilən tədbir və mərasimlər zamanı da müşahidə edirik”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Unity Company şirkətinin təsisçisi, türk dünyası sevdalısı Fikrət Əliyev deyib.

Tədbirlərdən xatirə fotosu
Tədbirlərdən xatirə fotosu

O, qeyd edib ki, ötən həftə Qazaxıstanda keçirilən tədbirlər də bu dostluq, qardaşlıq əlaqələri ruhunda keçib: “13-15 iyun tarixlərində mənim də daxil olduğum Azərbaycandan olan nümayəndə heyəti Qazaxıstanda bir sıra təbdirlərdə iştirak etdik. Bu tədbirlərdən biri Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi və Ziyəddin Kassanovun sədri olduğu Dünya Ahıska Türkləri Birliyinin təşkilatçılığı ilə keçirilən konfrans idi. 15 iyin-Milli Qurtuluş Gününə həsr olunmuş konfransda Azərbaycandan və Qazaxıstandan olan təmsilçilər çıxış etdilər. Çıxışlarda Milli Qurtuluş Gününün xalqımızn tarixindəki yerindən, həmçinin Azərbaycan-Qazaxıstan qardaşlığından bəhs edildi”.

F.Əliyev deyib ki, Qazaxıstanda həmçinin, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş geniş konfrans keçirildi: “Bu konfransda Azərbaycanın və Türkiyənin Qazaxıstandakı səfirləri, Qazaxıstanın xarici işlər nazirinin müavini, hər iki ölkədən olan millət vəkilləri və digər qonaqlar iştirak edirdilər. Tədbirdə Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz xdimətlərindən, Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafındakı rolundan bəhs edən çıxışlar oldu. Eyni zamanda, konfransda millət vəkili Qənirə Paşayeva da çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan və türk dünyası qarşısındakı xidmətlərindən danışdı”.

Fikrət Əliyev Ziyəddin Kassanova xatirə nişanı təqdim edərkən
Fikrət Əliyev Ziyəddin Kassanova xatirə nişanı təqdim edərkən

Bildirilib ki, mərasimin sonunda Azərbaycan nümayəndə heyətinin üzvlərinə Qazaxıstanın milli geyimi hədiyyə olunub: “Onu da qeyd edim ki, tədbirdə Z.Kassanovun müəllifliyi ilə hazırlanan və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunun kitab da tədqim olundu. Bundan başqa Qazaxıstandakı bütün tədbirlərdə Qənirə Paşayevanın təşəbbüsü və Unity Company şirkətinin dəstəyi ilə qazax dilinə tərcümə edilərək işıq üçü görən Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın şeirlər kitabı da bütün tədbirlərdə iştirakçılar atəqdim edildi”.

Mission News Theme by Compete Themes.