Son yeniləmə: 20 İyun 2023 13:10
BAYRAQDAR MEDİA – “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, BAYRAQDAR MEDİA-nın Baş redaktorunun müavini Nadir Azəri Denizli İl kültür və turizm müdiri Turhan Veli Akyolla görüşüb.
Nadir Azərinin verdiyi məlumata görə, Denizliyə səfər çərçivəsində gerçəkləşən görüşdə maraqlı fikir mübadiləsi aparılıb. Turhan Veli Akyol qardaş Türkiyənin bütün bölgələrində olduğu kimi, Denizlidə də Azərbaycana xüsusi sevginin olduğunu bildirib.
Görüşdə Denizlinin turizm sahəsində mövcud olan imkanlarından da söz açan Turhan Veli Akyol bu sahədə Azərbaycanla əməkdaşlığın genişlənməsi üçün müvafiq addımların atıldığını deyib.
Öz növbəsində Nadir Azəri rəhbərlik etdiyi qurumun gələcəkdə Denizli ilə bağlı müvafiq layihələrin keçirilməsi üçün əməkdaşlığa hazr olduğunu bildirib.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib. Nadir Azəri 44 günük Vətən müharibəsinin simvolu olan Xarı Bülbül döş nişanını Turhan Veli Akyola təqdim edib.
Görüş barədə Denizli İl Kültür ve Turizm Müdürlüğünün sosial şəbəkə hesablarında paylaşımlar edilib.
Qeyd edək ki, Turhan Veli Akyol BAYRAQDAR MEDİA-ya özəl müsahibə də verib. Həmin müsahibəni tezliklə oxculara təqdim edəcəyik.