BAYRAQDAR MEDİA – Bərdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzində İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) erkən aşkarlanması məqsədi ilə müayinələr aparılıb.
Bu haqda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “tədbiri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Yevlax Regional Laboratoriyasının əməkdaşları təşkil ediblər. Aksiyaya qoşulan insanlar öz statusunu dəqiqləşdirib ekspress-testdən keçiblər. Təcrübəli həkimlər iştirakçılara İİV/QİÇS-ə yoluxma yolları, virus və xəstəliyin ödənişsiz, anonim qaydada müayinəsi və müalicəsi barədə ətraflı məlumat veriblər”.