Press "Enter" to skip to content

Qazaxıstan sovet irsini ölkədən təmizləmək istəyir

Qasım-Jomart Toqayev

Son yeniləmə: 19 İyun 2023 13:54

BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev ölkədə dövlət idarəçilərini bir araya gətirən Milli Qurultayın iclasında Qazaxıstandakı çirkli sovet mirasını təmizləmək üçün vacib bir məsələyə toxunub.

Kırım Haber Ajansının məlumatına görə, Qasım-Jomart Toqayev Qazaxıstanda sovet dövrünün məşhur şəxsiyyətlərinin abidələrinin ucaldılmasının dayandırılmasının vacib olduğunu deyib.

Qazaxıstan Prezidenti qeyd edib ki, bu şəxslərin tərcümeyi-halı uydurmadır. O, bildirib ki, Qazaxıstanda kütləvi repressiyalara imza atan SSRİ-nin çirkli irsini təmizləmək üçün dövlət idarəçiləri ölkə üçün mühüm əhəmiyyət kəsb edən görkəmli milli xadimlərin siyahısını yaratmalıdırlar.

Mission News Theme by Compete Themes.