Press "Enter" to skip to content

“Peşə təmayüllü siniflərin təşkili” layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 19 İyun 2023 13:53

BAYRAQDAR MEDİA – Bakıdakı 15 təhsil müəssisəsində ötən dərs ilində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 19-da Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, BŞTİ tabeliyindəki 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302 və 321 nömrəli təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.

Mission News Theme by Compete Themes.