Press "Enter" to skip to content

Startap üzrə milli çempionat

Son yeniləmə: 19 İyun 2023 12:36

Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib

BAYRAQDAR MEDİA – “Nar”ın Baş icraçı direktoru Qunnar Panke startaplar üzrə milli çempionatında yarışmasında fəxri münsiflər heyətinin üzvü kimi iştirak edib. Beynəlxalq səviyyədə keçirilən və Miniboss Business School Baku tərəfindən təşkil olunan startaplar üzrə milli çempionatda 6-17 yaş arası istedadlı uşaqlardan və yeniyetmələrdən ibarət komandalar iştirak edib.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, qida, ekologiya, alternativ enerji, İT və bir çox sahələrdə təmsil olunan startaplar arasında ən yüksək nəticə göstərən üç komanda qalib olub: “Komandalar innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma və münsiflər heyətinin sualına cavablama kimi meyarlar üzrə qiymətləndirildi. Qalib komandalar 16-20 iyul tarixlərində Qlazqo (Böyük Britaniya) şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. Qeyd edək ki, müsabiqənin fəxri münsifi Q.Panke müxtəlif tanınmış telekommunikasiya şirkətlərində strateji rəhbər vəzifələrdə çalışmış və 30 ildən artıq zəgin təcrübəsi ilə rabitə sənayesinin beynəlxalq nüfuza sahib eksperti sayılır. “Nar”ın layihələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumatınar.az saytından əldə edə bilərsiniz”.

Mission News Theme by Compete Themes.