Press "Enter" to skip to content

Müdafiə Nazirliyi təkzib edir

Müdafiə Nazirliyi

Son yeniləmə: 19 İyun 2023 11:04

BAYRAQDAR MEDİA – İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”.

Mission News Theme by Compete Themes.