Press "Enter" to skip to content

MEK-ə şair-publisistin kitabları daxil olub

Sözügedən kitablar

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Şükür Müseyiboğlunun “Yurdumda bir daş olaydım…”, “Şuşada ikinci ömrüm” kitabları daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 19-da sözügedən Kitabxanadan daxil olub.

Xəbərdə deyilir ki, “Yurdumda bir daş olaydım…” kitabı şairin məktəb illərindən tutmuş, müharibə başlayan ana qədərki dövrü əhatə edir. O, ömrün acılı və şirin xatirələrini ağ kağızlara köçürməklə ömür yaddaşını təzələməyə çalışıb. Kitabda, həmçinin doğma yurdunun toponimləri və onun yaradılış tarixi qələmə alınıb, vətəninin tarixi keçmişinə də nəzər salınıb”.

Daha snra xəbərdə bildirilir ki, “Ş.Müseyiboğlunun “Şuşada ikinci ömrüm” adlı kitabı Şuşa şəhəri işğaldan azad olunan zaman çap olub. Kitabda vətən həsrətli şairin mövzu və məzmun rəngarəngliyi ilə seçilən şeirlər toplanıb”.

Qeyd edək ki, nəşrlərdə poetik səmimiyyət, rəvan və lakonik düşüncə, həmçinin bədii dilin zəngin koloritli şeirləri öz əksini tapıb.

Mission News Theme by Compete Themes.