Son yeniləmə: 19 İyun 2023 13:54
BAYRAQDAR MEDİA – Bolqarıstan parlamentində çıxış edən “İma Takiv Narod” partiyasından millət vəkili Toşko Yordanov “Avropa Parlamentində Bolqarıstanı təmsil etməli olan DPS kvotasından seçilən Avropa Parlamentinin deputatı İlhan Küçükün hərəkətləri vətənə xəyanətdir” deyə iddia edib.
Radio Bolqarıstan xəbər verir ki, T.Yordanovun sözlərinə görə, Avropa Parlamentinin Quzey Makedoniya üzrə məruzəçisi Küçük Skopye və Sofiya arasında bütün ikitərəfli məsələləri əhatə edən ölkənin AB istiqamətində irəliləyişinə dair hesabat layihəsindən 18-ci düzəlişi çıxarıb.
Öz növbəsində Haqq və Azadlıqlar Hərəkatının (DSP) lideri Mustafa Karadayı, “Bu tribunadan Toşko Yordanov kimi deputatlar faktlara uyğun gəlməyən açıq-aşkar yalanlar deyirlər” deyə bildirib.