BAYRAQDAR MEDİA – İyunun 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Balaca kişilər” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 19-da sözügedən Teatrdan daxil olub.
Xəbərdə deyilir ki, “yazıçı, dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında səhnəyə qoyulan tamaşanının quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir. Real hadisələr əsasında hazırlanan səhnə əsərində vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, sevdiklərini, ailəsini geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igid gənclərin həyatından, taleyindən bəhs olunur”.
Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev rol alıb.
Qeyd edək ki, bu tamaşanın premyerası mayın 27-28-də uğurlu olmuşdu.