Press "Enter" to skip to content

Azərbaycanda ən böyük reabilitasiya müəssisəsi

Tədbir zamanı

Son yeniləmə: 19 İyun 2023 13:12

BAYRAQDAR MEDİA – Ümummilli lider Heydər Əliyevin tapşırığı əsasında yaradılmış Şağan Reabilitasiya Pansionatının 20 illiyi ilə əlaqədar pansionatda tədbir keçirilib. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, şəhid ailələri üzvləri, müharibə veteranları və əlilliyi olan şəxslər iştirak edib.

Qurumdan verilən məlumata görə, əvvəlcə reabilitasiya mərkəzlərində reabilitasiya kursu keçən, habelə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub: “Daha sonra Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şağan Reabilitasiya Pansionatının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub”.

 

Əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi ilə tanışlıq
Əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi ilə tanışlıq

Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edəb. Nazir müavini əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderin sosial inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb “O, qeyd edib ki, 2003-cü ilin may ayında istifadəyə verilən, Azərbaycanda ən böyük reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatı da Ulu Öndərin tapşırığı ilə yaradılıb və onun əlilliyi olan şəxslərin reabilitasiyasına xüsusi qayğısının bir təzahürüdür.

Əlilliyi olan şəxslərə göstərilən bu böyük diqqəti və qayğını Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. Dövlət başçısının tapşırığına əsasən son beş ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb, yaxın aylarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzi istifadəyə veriləcək. Prezidentin iştirakı ilə 2021-ci il fevralın 25-də isə Şağan Reabilitasiya Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub”.

Digər çıxış edənlər həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə xüsusi qayğı göstərilməsi ilə bağlı Ümummilli Liderin əsasını qoyduğu tədbirlərin ildən-ilə genişləndiyini vurğulayıblar.

Pansionatın yubileyi və 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar müəssisənin əməkdaşlarına, habelə Pansionatda mədəni-kütləvi tədbirlərin təşkilinə dəstək olan qurumlara Təşəkkürnamələr təqdim olunub.

Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının da iştirak etdiyi ədəbi-musiqili kompozisiya ilə davam edib.

Mission News Theme by Compete Themes.