Press "Enter" to skip to content

Ankara format problemin birdəfəlik həllinə yardım edə bilər

Hulusi Kılıç

Son yeniləmə: 19 İyun 2023 09:54

Hulusi Kılıç: Moskva, Brüssel, Vaşinqton kimi Ankaranın da bir müzakirə və çözüm mərkəzi olması günümüzün reallığına çevrilib

BAYRAQDAR MEDİA – “Ankara format təklifi tamamilə doğru yanaşmadır”.

Bunu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün Ankara formatının yaradılması təklifini BAYRAQDAR MEDİA üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, bundan yola çıxaraq Ankara formatı tamamilə başadüşülən təklif kimi dəyərləndirilməlidir: “Bunun üçün son proseslərə də diqqət etməliyik. Çünki bu günün Türkiyəsi, yeni Türkiyə daha güclü Türkiyədir. Yeni xarici işlər nazirinin istihbarat kökənli olması da xarici siyasətə yeni nəfəs gətirəcək. Təbii ki, Mevlüt Çavuşoğlunun xidmətləri heç bir zaman unudula bilməz. İndi isə xarici siyasət kəşfiyyatla dəstəklənərsə daha da güclü olar. Eyni zamanda MİT-in rəhbərliyinə çox güclü kadr olan İbrahim Kalın təyin edildi. Ankara artıq böyük güc mərkəzinə çevrilir”.

H.Kılıç deyib ki, Türkiyə qlobal güc mərkəzi halına gəlib: “Bundan sonra Türkiyə qlobal proseslərdə daha da fəal rol alacaq. Moskva, Brüssel, Vaşinqton kimi Ankaranın da bir müzakirə və çözüm mərkəzi olması günümüzün reallığına çevrilib. Bu baxımdan da Ankara formatı vacib və realdır. Ankara format problemin birdəfəlik həllinə yardım edə bilər. Çünki bu adil, tərəflərin hüquqlaırnı qoruyan bir format olacaq. Çünki türk harda varsa orada ədalət var. Buna görə də Ankara formatını gündəmə gətirilməsini müsbət dəyərləndirirəm”.

Mission News Theme by Compete Themes.